28 
Yan
2023
19:10
32
383
2008
Virtual karabakh

Naxçıvanda yararsız at əti mal əti adı altında restoranlara satılırmış - FOTO

28 Yan, 2023
19:10
2008

Naxçıvanda yararsız at əti mal əti adı altında restoranlara satılırmış - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Naxçıvan Muxtar Respublikasının Babək rayonunda yararsız at ətini mal əti adı altında kafe və restoranlara satmada şübhəli bilinən şəxslər müəyyən ediliblər.

Bu barədə Babək Rayon Polis İdarəsindən məlumat verilib.

Bildirilib ki, Babək RPİ-nin əməkdaşları tərəfindən daxil olan məlumat əsasında həyata keçirilən tədbirlərlə rayon sakinləri - Araz Cəfərli və İlyas Abbasov saxlanılaraq məsuliyyətə cəlb ediliblər.

Davam etdirilən tədbirlərlə ət tədarük olunan obyektlər müəyyən edilərək qida üçün yararsız məhsullar satışdan çıxarılıb.

Faktla bağlı Babək Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri