28 
Yan
2023
19:25
414
27
4760
Virtual karabakh

İlk dəfə azərbaycanlı qadın hərbi qulluqçu NATO-nun yüksəkixtisaslı kursunu bitirib - FOTO

28 Yan, 2023
19:25
4760

İlk dəfə azərbaycanlı qadın hərbi qulluqçu NATO-nun yüksəkixtisaslı kursunu bitirib - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Müdafiə Nazirliyinin polkovnik-leytenantı Samirə Kərimzadə NATO-nun İtaliyanın paytaxtı Romadakı Müdafiə Kollecinin yüksəkixtisaslı kursunu bitirən azərbaycanlı ilk qadın hərbi qulluqçudur.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

Ötən il avqustun 16-dan cari il yanvarın 27-dək davam edən kursda təkcə NATO-ya üzv dövlətlərin deyil, həm də alyansın tərəfdaşı olan ölkələrin hərbi qulluqçuları iştirak ediblər. Zabitlərin hazırlanmasına və təliminə yönələn kurs müddətində ölkələrin silahlı qüvvələrinin, mədəniyyətinin, ənənələrinin və milli mətbəxinin təqdimatları da olub.

Hərbi qulluqçularımızın bu kurslarda iştirakı Azərbaycan – NATO tərəfdaşlığının yüksək səviyyədə olmasının göstəricisidir.

Qeyd edək ki, NATO Müdafiə Kolleci ilə Azərbaycan artıq uzun illərdir əməkdaşlıq edir. Bu kollecdə kurs keçən zabitlərimiz Azərbaycan Silahlı Qüvvələri sıralarında layiqincə hərbi xidmət keçirlər.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri