28 
Yan
2023
23:11
181
74
2028
Virtual karabakh

İri marketlərdə vətəndaşlara ödənişsiz təqdim edilən “Kaspi” qəzeti oxucuların maraq çərçivəsindədir - VİDEO

28 Yan, 2023
23:11
2028

İri marketlərdə vətəndaşlara ödənişsiz təqdim edilən “Kaspi” qəzeti oxucuların maraq çərçivəsindədir - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Oxucularına iki dildə informasiya çatdıran “Kaspi” qəzetinin növbəti buraxılışı çapdan çıxıb.

Baku TV-yə danışan qəzetin satış üzrə meneceri Xalid Məmmədzadənin sözlərinə görə, qəzet oxucularda geniş marağa səbəb olub.

O bildirib: “Bizim qəzetimiz üç əsrin qəzetidir. Həftədə bir dəfə nəşr olunur. Şəhərimizin istənilən kiosklarında ödənişli şəkildə və şəhərimizin iri market şəbəkələrində ödənişsiz şəkildə müştərilərə çatdırılır. Respublikamızda bütün səhifələri rəngli olan yeganə qəzetdir. Qəzetimiz iki dildə - həm Azərbaycan, həm də rus dilində nəşr olunur”.

X. Məmmədzadə qeyd edib ki, Azərbaycan dilində nəşr olunan “Kaspi” qəzetinin tirajı 2400, rus dilində nəşr olunan qəzetin tirajı isə 2200-dür.

Daha ətraflı Baku TV-nin süjetində:

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri