30 
Yan
2023
09:52
20
224
6549
Virtual karabakh

Əməliyyat zamanı Vasif Tağıyevin bədənindən altı qəlpə çıxarılıb - VİDEO

30 Yan, 2023
09:52
6549

Əməliyyat zamanı Vasif Tağıyevin bədənindən altı qəlpə çıxarılıb - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın Tehrandakı səfirliyinə qarşı törədilən terror aktı zamanı xəsarət alan Mahir İmanov və Vasif Tağıyev vətənə gətirilərək Bakıda xəstəxanaya yerləşdiriliblər.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə vaxtı hər iki mühafizəçi qəlpə xəsarətləri alıb.

Terrorçunun zərərsizləşdirilməsində şücaət göstərən Vasif Tağıyev hadisə zamanı 6 qəlpə xəsarəti alıb. Tehranda keçirilən və 5 saata yaxın davam edən əməliyyatla qəlpələr onun bədənindən çıxarılıb. Həmçinin səfirliyin digər mühafizəçisi Mahir İmanov da bədənində aşkar edilən qəlpələrə görə əməliyyat edilib.

Hər iki yaralının yaxın günlərdə xəstəxanadan ambulator müalicəyə buraxılacağı bildirilib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri