30 
Yan
2023
11:27
74
15
1026
Virtual karabakh

Aqrar Məsləhət Xidmətləri üzrə milli forum keçiriləcək

30 Yan, 2023
11:27
1026

Aqrar Məsləhət Xidmətləri üzrə milli forum keçiriləcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Avropa İttifaqı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Kənd Təsərrüfatı Nazirliyinin birgə fəaliyyəti çərçivəsində Azərbaycanda Aqrar Məsləhət Xidmətləri üzrə Milli Forum baş tutacaq.

Oxu.Az xəbər verir ki, forumun əsas məqsədi Azərbaycanda aqrar məsləhət xidməti sistemi üçün təcrübələri, yanaşmaları paylaşmaq və ümumi prioritetləri müəyyən etməkdir. Forum FAO-nun təşkilati dəstəyi və Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilən “Aqrar Məsləhət Xidmətlərinin Gücləndirilməsi” layihəsinin yekununa həsr olunub. Milli Forumda dövlət və özəl sektoru təmsil edən tərəflərlə birgə aqrar məsləhət xidmətləri üzrə yeni model və strategiyanın müzakirə olunması hədəflənir.

Layihə Azərbaycanda aqrar məsləhət xidmətlərinin gücləndirilməsi üzrə dövlət siyasətinə dəstək, beşillik strategiya, seçilmiş pilot Quba-Xaçmaz və Gəncə-Qazax regionları üzrə üçillik proqramlar, hüquqi bazanın yaradılması, regionların aqrar xəritələşdirilməsi və digər sahələr üzrə fəaliyyətlər həyata keçirib. Bununla yanaşı, yeni aqrar məsləhət xidməti modeli çərçivəsində aqrar məsləhət xidmətini əlçatan edən əmtəə əsaslı məsləhət platformaları təşkil olunub.  

Layihə çərçivəsində Aqrar Təlim Mərkəzinin və Regional Təlim Mərkəzlərinin əməkdaşlarına təlimlər keçirilib, fermerlərə məsləhət xidmətləri göstərilib və fermerlər müasir avadanlıq və suvarma sistemləri ilə təmin olunublar.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri