30 
Yan
2023
13:08
175
13
1299
Virtual karabakh

Şəmkirdə narkotikin təsiri altında avtomobil idarə edən şəxs həbs olunub

30 Yan, 2023
13:08
1299

Şəmkirdə narkotikin təsiri altında avtomobil idarə edən şəxs həbs olunub

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şəmkirdə narkotik vasitənin təsiri altında avtomobil idarə edən şəxs həbs olunub.

Bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, yanvarın 28-də saat 23 radələrində Şəmkir rayonu ərazisində yerləşən Yol Patrul Xidməti Alayının postunda Gəncə şəhər sakini Murad İbrahimovun idarə etdiyi “Toyota” markalı avtomobil işıq cihazlarından düzgün istifadə etmədiyi üçün Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Sürücünün sənədlərinə baxış zamanı onun narkotik vasitənin təsiri altında olması müəyyən edilib.

M.İbrahimov barəsində İnzibati Xətalar Məcəlləsinin 329.3-cü və 333.2-ci maddəsinə əsasən, protokol tərtib edilib.

Şəmkir Rayon Məhkəməsinin qərarı ilə o, 2 il müddətinə sürücülük hüququndan məhrum edilməklə 4 gün müddətinə inzibati qaydada həbs olunub.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri