30 
Yan
2023
13:24
276
8
1769
Virtual karabakh

Azərbaycan poloçuları yenə dünya kubokunu qazandılar - FOTO/VİDEO

30 Yan, 2023
13:24
1769

Azərbaycan poloçuları yenə dünya kubokunu qazandılar - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan poloçuları İsveçrənin Sankt Moritz şəhərində keçirilən 38-ci qarüstü polo üzrə dünya kubokunu qazanıblar.

Bu barədə Oxu.Az-a Dövlət Sərhəd Xidmətindən məlumat verilib.

Yanvarın 26-da start götürən və 6 komandanın iştirak etdiyi nüfuzlu turnirdə ölkəmizi Heydər Əliyev Fondu və Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə “Land of Fire” komandası təmsil edib.

Bütün görüşlərdə əzmkarlıq nümayiş etdirərək rəqiblərini məğlub etmiş komandamız turnirin final qarşılaşmasında İsveçrənin “Sankt Moritz” komandası ilə üz-üzə gəlib.

Yanvarın 29-da baş tutmuş final oyunu gərgin mübarizə şəraitində keçib. Oyunun əsas vaxtı heç-heçə ilə tamamlanıb, əlavə olunan vaxtda yerli azarkeşlərin rəqib komandanı dəstəkləməsinə baxmayaraq, “Land of Fire” komandası prinsipial oyunda qızıl topu vuraraq 6-5 hesabı ilə qələbə qazanıb.

Tədbirin sonunda idmançılarımıza turnirin kuboku və xatirə hədiyyələri təqdim olunub.

Qeyd edək ki, bununla da Azərbaycan poloçuları artıq ikinci dəfə qarüstü polo üzrə dünya kubokunu qazanıblar.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri