30 
Yan
2023
14:40
280
20
1666
Virtual karabakh

İrandan aldığı narkotiki satan şəxs saxlanılıb - FOTO/VİDEO

30 Yan, 2023
14:40
1666

İrandan aldığı narkotiki satan şəxs saxlanılıb - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində Bakıxanov qəsəbəsində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan Məhəmməd Salmanov saxlanılıb.

DİN-dən Oxu.Az-a verilən məlumata görə, həmin şəxsdən ümumilikdə 1 kiloqrama yaxın heroin və metamfetamin aşkar edilib. Məhəmməd Salmanov heroin və metamfetamini sosial şəbəkələrin birində tanış olduğu İran vətəndaşından onlayn yolla satmaq niyyəti ilə aldığını qeyd edib. Faktla bağlı 13-cü Polis Bölməsində toplanan materiallar Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir. Sabunçu rayonu ərazisində narkotiklərin qanunsuz dövriyyəsinə qarşı polis əməkdaşları tərəfindən əməliyyatlar davam etdirilir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri