31 
Yan
2023
11:00
89
153
1986
Virtual karabakh

9 ildir talassemiya ilə mübarizə aparan Zəhranın anası: “Övladımın sümük iliyi nəqlinə ehtiyacı var” - FOTO

31 Yan, 2023
11:00
1986

9 ildir talassemiya ilə mübarizə aparan Zəhranın anası: “Övladımın sümük iliyi nəqlinə ehtiyacı var” - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Balaca Zəhra 9 ildir böyük beta talassemiya xəstəliyi ilə mübarizə aparır.

Bu barədə Oxu.Az-a onun anası Xeyri Mansurova məlumat verib.

O bildirib ki, övladı Zəhra Mansurova 1 yaşından bu xəstəliklə mübarizə aparır.

“Zəhranın 1 yaşı olanda bədənində zəifləmələr olduğunu müşahidə etdik. Həkimə aparanda isə övladımızın böyük beta talassemiya xəstəliyindən əziyyət çəkdiyi məlum oldu. Artıq 9 ildir bu xəstəliklə mübarizə aparırıq. Zəhraya hər ay qan köçürülür. Övladımın tamamilə sağalmağı üçün sümük iliyi nəqlinə ehtiyacı var. 100% uyğunluqla Türkiyədə donor tapılıb. Əməliyyatın ümumi məbləği 170 000 manatdır. 100 000 manatı öz hesabımıza və tanışların dəstəliyi ilə toplaya bilmişik. Amma 70 000 manatımız əskikdir. Xalqımızdan övladıma yardım etmələrini, onun yaşaması üçün bizə dəstək olmalarını xahiş edirəm”.

Xeyri Mansurova həm də bildirib ki, Zəhranın əməliyyatı fevral ayının sonuna planlaşdırılır.

“Zəhranı əməliyyat etməli olan həkim fevralın 15-i Azərbaycana gələcək. Həmin gün qəbulda olacağıq və əməliyyat gününü dəqiq danışacağıq”.

Ailə ilə əlaqə: 055 233 64 33

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri