Fev
2023
12:50
153
21
1901
Virtual karabakh

Bakıda nazirlik əməkdaşları intihara cəhd edən şəxsi fikrindən daşındırdılar - VİDEO

1 Fev, 2023
12:50
1901

Bakıda nazirlik əməkdaşları intihara cəhd edən şəxsi fikrindən daşındırdılar - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı şəhərinin Binəqədi rayonu, Biləcəri qəsəbəsində bir nəfər beşmərtəbəli binanın damına çıxaraq intihara cəhd edib.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidməti və Bakı Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb edilib.
 
Xilasedicilər tərəfindən əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, 1995-ci il təvəllüdlü Babazadə Vüsal Araz oğlu, ilkin ehtimala əsasən, şəxsi münasibətlər səbəbindən binanın damına çıxaraq intihara cəhd edir.

Yaranmış mürəkkəb vəziyyət xilasedicilər tərəfindən operativ təhlil edilərək intihara cəhd edən şəxslə ünsiyyət qurulub və davamlı psixoloji söhbət aparılıb. Bu müddət ərzində xilasedici qruplar tərəfindən ərazidə xüsusi xilasetmə vasitələri, o cümlədən xilasetmə yastığı quraşdırılaraq müvafiq təhlükəsizlik tədbirləri görülüb.

Xilasedicilərin psixoloji söhbəti nəticəsində vətəndaş intihar etmək niyyətindən çəkinib və o, binanın damından endirilib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri