Fev
2023
16:08
7
149
2122
Virtual karabakh

Boşandığı arvadını və qohumlarını bıçaqlayan şəxsin son qurbanı köməyə gələn qonşu olub - VİDEO

1 Fev, 2023
16:08
2122

Boşandığı arvadını və qohumlarını bıçaqlayan şəxsin son qurbanı köməyə gələn qonşu olub - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sosial şəbəkə vasitəsi ilə tanış olub, 2016-cı ildə ailə quran cütlüyün boşanması faciəyə səbəb olub.

“ATV Xəbər” xəbər verir ki, hadisəni törədən Babək Nəsirov və Elnurə Həmidovanın birgə nikahdan 2 övladı var.

Sumqayıtda yaşayan cütlüyün ayrılmasından sonra Elnurə övladlarını da götürüb Gəncəyə - ata evinə qayıdır.

34 yaşlı Babək Nəsirov Elnurəni burada da rahat buraxmayıb. Barışmayacağı təqdirdə onu öldürəcəyi ilə hədələyib.

“Sözünü tutan” Babək əvvəl qaynına, həyat yoldaşına, sonra isə onun əmisinə bıçaqla xəsarət yetirib.

Çarəsiz qalan qonşusuna köməyə gələn qadın da eyni aqibətlə qarşılaşıb. Nəticədə ürəyi soyumayan Babək köməyə gələn qonşunu da bıçaqlayıb.

Xəsarət alanların vəziyyəti orta ağır qiymətləndirilir.

Hadisədə şübhəli bilinən Babək Nəsirov isə Sumqayıt şəhərində saxlanılaraq istintaqa təhvil verilib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri