Fev
2023
15:40
647
30
5702
Virtual karabakh

Naxçıvanla Türkiyə arasındakı quru sərhəd açıldı

1 Fev, 2023
15:40
5702

Naxçıvanla Türkiyə arasındakı quru sərhəd açıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Naxçıvan Muxtar Respublikası sərhədindən Türkiyəyə gediş-gəlişə qoyulmuş qadağa ləğv edilib.

Oxu.Az-ın məlumata görə, fevralın 1-dən Sədərək Gömrük Sərhəd-Buraxılış Məntəqəsindən avtomobillərin keçidinə icazə verilib.

Sərhədi yalnız Naxçıvan MR-da qeydiyyatı olan şəxslər avtomobilləri ilə keçə bilərlər.

Hələlik avtobusların gediş-gəlişinə qoyulan qadağa qüvvədə saxlanılıb.

Qeyd edək ki, 2020-ci ildə koronavirus pandemiyası başlayan zaman Azərbaycanın quru sərhədləri bütün qonşu ölkələr üçün bağlandı. Sadəcə Naxçıvan MR-dən İran və Türkiyəyə gediş-gəlişə icazə verilirdi.

Ötən il iyulun 1-dən etibarən isə Naxçıvanda da yük maşınları istisna olmaqla digər avtomobillər üçün keçid tam olaraq dayandırılmışdı.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri