Fev
2023
17:16
239
20
5450
Virtual karabakh

Naxçıvan polisindən əməliyyat: Dörd nəfər saxlanıldı - FOTO

1 Fev, 2023
17:16
5450

Naxçıvan polisindən əməliyyat: Dörd nəfər saxlanıldı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Naxçıvan Şəhər Polis İdarəsinin 1-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən şəhər ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən dörd nəfər müəyyən olunaraq məsuliyyətə cəlb edilib.

Bu barədə Oxu.Az-a Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyindən məlumat verilib.

Araşdırmalarla müəyyən edilib ki, Naxçıvan şəhər sakini, 1993-cü il təvəllüdlü David Abdullayev idarə etdiyi “NAZ Lifan” markalı avtomobili ilə tanıdığı İran vətəndaşı Rza Dadrasacirlou Ali oğlundan pul müqabilində metamfetamin maddələri əldə edərək dövriyyəsini təşkil edib. Davam etdirilən tədbirlərlə, onlarla cinayət əlaqəsində olan 1993-cü il təvəllüdlü, Babək rayon sakini Turqut Fətullayev və Kəngərli rayon sakini, 1994-cü il təvəllüdlü Nicat Tarverdiyev müəyyən olunaraq saxlanılıblar. Onlardan satış üçün nəzərdə tutulan, müxtəlif çəkilərdə qablaşdırılmış metamfetamin və iki ədǝd preqabalin aşkar olunaraq götürülüb.

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri