Fev
2023
17:32
13
138
2624
Virtual karabakh

Qapıya qədər gəlib çatan təhlükə - VİDEO

2 Fev, 2023
17:32
2624

Qapıya qədər gəlib çatan təhlükə - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Masallının Rüdəkənar kəndində 20-yə yaxın fərdi ev təhlükə ilə üz-üzə qalıb. Buna səbəb kənd ərazisindən keçən Ulum çayı sahilində torpaq sürüşmələrinin baş verməsidir. 

Sakinlər deyirlər ki, sözügedən ərazidə evlər təxminən 30-40 il əvvəl tikilib. O zaman çay axarı uzaqda olub. 2012-ci ildən aktiv sürüşmə yaranıb, ildən ilə torpaq sürüşməsi intensivləşib və indiki səviyyəyə qədər gəlib çatıb.

Məsələ ilə bağlı Viləşçay su anbarı istismar idarəsindən Baku TV-yə bildirilib ki, həmin ərazidə illərdir ki, sürüşmələr baş verir. Bu bir neçə ildir davam edir və əraziyə dəfələrlə baxış keçirilib. Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC nümayəndələri, mütəxəssisləri Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin layihə institutunun mütəxəssislərinin iştirakı ilə dəfələrlə baxış keçirilib. Sözügedən ərazinin layihə smeta sənədləri hazırlanıb, İqtisadiyyat Nazirliyinə təqdim edilib. 

Qeyd edilib ki, məsələ həllini taparsa, ərazidə beton istinad divarının çəkiləcəyi nəzərdə tutulub. 

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri