Fev
2023
13:16
107
15
3457
Virtual karabakh

İş adamının oğlunu oğurlayıb yarım milyon dollar istəyənlərlə bağlı QƏRAR

3 Fev, 2023
13:16
3457

İş adamının oğlunu oğurlayıb yarım milyon dollar istəyənlərlə bağlı QƏRAR

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ali Məhkəmədə Rusiyada gül biznesi ilə məşğul olan iş adamı Mirəkbər Seyidovun Bakıda yaşayan oğlunu qaçırmaqda təqsirləndirilən Rafiq Hüseynov və Anar Mehdiyevin barəsindəki hökmdən verilən kassasiya şikayətinə baxılıb.

Pravda.az xəbər verir ki, hakim İlqar Qılıcovun sədrliyi ilə keçirilən prosesdə elan edilib ki, təqsirləndirilən şəxslər kassasiya şikayətini geri götürüblər.

Bu səbəbdən onlar tərəfindən verilmiş kassasiya şikayətinin geri qaytarılması barədə qərar çıxarılıb. 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Rafiq Hüseynov və Anar Mehdiyevin hər biri 15 il müddətinə azadlıqdan məhrum ediliblər.

İttihama görə, Mirəkbər Seyidovun oğlunu qaçırmaq barədə planın təşkilatçısı Rafiq Hüseynov - onun öz bacısı oğlu olub.

Belə ki, Rafiq Hüseynov dayısının biznesmen olduğunu nəzərə alaraq oğlunu qaçırıb ondan külli miqdarda pul tələb etmək qərarına gəlib.

2021-ci il iyunun 8-də o, dayısı oğlu Mirhəsən Seyidovu Ramana qəsəbəsində kirayə tutduğu evə dəvət edib. Birlikdə yeyib-içdikdən sonra tanışı Anar Mehdiyevlə birlikdə Mirhəsən Seyidovun əl-ayağını bağlayıb. Daha sonra şəklini çəkərək dayısına göndərib və oğlunun azad edilməsi müqabilində 500 min dollar tələb edib.

Həmin şəxslər polis əməkdaşları tərəfindən saxlanılıblar və barələrində Cinayət Məcəlləsinin 145.2.4 (qanunsuz azadlıqdan məhrum etmə, bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə), 182.2.1 (hədə-qorxu ilə tələb etmə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 182.4-cü (hədə-qorxu ilə tələb etmə xüsusilə külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri