Fev
2023
13:00
211
17
5299
Virtual karabakh

Bələdiyyə sədri onu lağa qoyan icra başçısını məhkəməyə verdi

3 Fev, 2023
13:00
5299

Bələdiyyə sədri onu lağa qoyan icra başçısını məhkəməyə verdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ağsuda icra başçısı ilə bələdiyyə sədri arasında gərginlik yaşanıb.

“Unikal” xəbər verir ki, Ağsu rayon Gəgəli bələdiyyəsinin sədri Fariz Xəlilli Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırovu məhkəməyə verib.

O, məhkəməyə Cinayət Məcəlləsinin 148-ci (Təhqir) və 308.1-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələrinə əsasən xüsusi ittiham qaydasında şikayət verib. F.Xəlilli ona dəymiş mənəvi ziyanın ödənilməsi üçün icra başçısından 30 min manat təzminat istəyib.

Məsələ ilə bağlı açıqlama verən bələdiyyə sədri Fariz Xəlilli bildirib ki, icra başçısı onun gördüyü işləri məsxərəyə qoyduğu üçün bu addımı atıb:

“Bir müddət əvvəl Gəgəli kəndində icra başçısı Rövşən Bağırovun səyyar görüşü keçirilmişdi. Görüşdə bələdiyyə ilə bağlı məsələlər müzakirəyə çıxarılanda Rövşən Bağırov öz səlahiyyətlərinə aid olmayan məsələlərə münasibət bildirdi və bələdiyyənin gördüyü işləri lağa qoydu. Mən də məhkəməyə şikayət verdim. Dünən məhkəmə prosesi keçirildi. Mən şahidlərin adlarını düzgün qeyd etməmişdim.

Sənədlərdə uyğunsuzluq olduğu üçün məhkəmə təxirə salındı. Növbəti günlərdə yenidən şikayət edəcəm”. 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri