Fev
2023
15:18
327
19
4418
Virtual karabakh

Bakıda kuryer şirkətinin narkotik satan əməkdaşları saxlanılıblar - FOTO/VİDEO

3 Fev, 2023
15:18
4418

Bakıda kuryer şirkətinin narkotik satan əməkdaşları saxlanılıblar - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kuryer şirkətlərindən birinin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan əməkdaşları saxlanılıblar.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində paytaxt ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Sübhan Qəhrəmanov və Elgün Quliyev saxlanılıblar.

Onların üzərində şəxsi axtarış aparılarkən altı qrama yaxın marixuana aşkar edilib. İlkin sorğu zamanı bu şəxslər narkotikləri həmkarları Ayxan adlı şəxsdən onlayn yolla aldıqlarını bildiriblər. Əməliyyat tədbirlərinin davamı olaraq həmin şəxs - Ayxan Məmmədov da tutularaq istintaqa təqdim edilib. Onun üzərindən və evindən isə yeddi qrama yaxın marixuana aşkar edilib.

Ayxan Məmmədov isə ifadəsində narkotik vasitələri satmaq məqsədi ilə Məhəmməd adlı şəxsdən aldığını bildirib. Adıçəkilən sonuncu şəxsin tutulması istiqamətində keçirilən əməliyyat zamanı əvvəllər dəfələrlə məhkum olunmuş Məhəmməd Hacıyev də saxlanılıb. Onun idarə etdiyi avtomobildən beş kiloqramdan artıq marixuana aşkar edilib. Məhəmməd Hacıyev paytaxt ərazisində taksi fəaliyyəti adı altında narkotik vasitələrin satışı ilə məşğul olduğunu bildirib. O, marixuananı sosial şəbəkələrdə tanış olduğu, şəxsiyyəti məlum olmayan İran vətəndaşından aldığını qeyd edib.  

Aşkar edilən faktlarla bağlı toplanan materiallar Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir.

Qeyd edək ki, 9-cu Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən sonuncu əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan əlavə beş, həmçinin üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirən bir nəfər saxlanılıb. Onlardan müxtəlif xassəli narkotik vasitələr və bir ədəd “Makarov” markalı tapança aşkar olunaraq götürülüb.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri