4 
Fev
2023
09:56
12
149
1152
yuxarı
Zaqatalada çoxmərtəbəli binada yanğın olub
4 Fev, 2023
09:56
1152
12
149
Zaqatalada çoxmərtəbəli binada yanğın olub
Zaqatalada 9 mərtəbəli yaşayış binasında yanğın olub
APA-nın Şimal-qərb bürosunun məlumatına görə, saat 01:20-də Zaqatala şəhəri Faiq Əmirov küçəsində 9 mərtəbəli çoxmənzilli yaşayış binasının B blokunun dördüncü mərtəbəsindəki ümumi sahəsi 45 kvadratmetr olan 21 saylı mənzilində yanğın baş verib.
Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyəti cəlb edilib. Yanğınsöndürənlərin səyi nəticəsində yanğının genişlənməsinin qarşısı alınıb. Yanğın nəticəsində mənzilin mətbəxinin 3 kv.m-lik sahəsi və bir ədəd paltaryuyan maşın yanıb. Yanğın zamanı xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək
Digər Cəmiyyət xəbərləri
25 
Apr
2024
17:02
Yusif Mustafayev borc verdiyi 100 mindən çox pulunu geri ala bilmir - VİDEO
10
32
546
25 
Apr
2024
14:32
Maşında öz yerinə it sümükləri yandıran şirkət rəhbərinə hökm oxunub - FOTO
95
10
3676