Fev
2023
12:26
128
15
667
Virtual karabakh

Danimarkalı turist: “5-10 ildən sonra Qarabağa qayıtmaq maraqlı olardı”

4 Fev, 2023
12:26
667

Danimarkalı turist: “5-10 ildən sonra Qarabağa qayıtmaq maraqlı olardı”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bu günlərdə Qarabağa səfər edənlər üçün 5-10 ildən sonra Azərbaycanın işğaldan azad edilmiş torpaqlarına qayıtmaq çox maraqlı olardı”.

Bunu “Report”a açıqlamasında beynəlxalq səyahətçilər qrupunun tərkibində Qarabağ və Şərqi Zəngəzura səfər edən danimarkalı turist Maqnus Seyersen Nilsen deyib.

“İndi bu yerlər cansızdır, insanların yaşadığı çox az yer var, amma çox sayda tikinti gedir, evlər, hava limanları tikilir, yollar çəkilir. Gələcəkdə bu yerlərin necə dəyişəcəyini görmək maraqlı olardı”, - o bildirib.

M.S.Nilsenin sözlərinə görə, Danimarkada Qarabağla bağlı xəbərlər, məqalələr oxuyub, indi isə tarixin o biri üzünə səfər etmək, Qarabağa başqa rakursdan baxmaq imkanı qazanıb:

“Bu səfər əslində nə baş verdiyini öyrənmək və görmək üçün fürsətdir. İndi biz tarixin iki tərəfini də bilirik”.

Azıx mağarasına səfərini şərh edən M.S.Nilsen pilləkənlərlə mağaraya qalxmağın çətin olduğunu, lakin gördüklərinin buna dəydiyini bildirib.

Turist qeyd edib ki, Qarabağa gələnə qədər onlar bir neçə gün Bakıda olublar:

“Bu, gözəl və təmiz şəhərdir, Bakını çox bəyəndim”.

Qeyd edək ki, beynəlxalq səyahətçilər qrupu fevralın 4-6-da azad edilmiş ərazilərdə səfərdə olacaq. Heyət üzvləri Qarabağ və Şərqi Zəngəzura üç günlük səfər zamanı Füzuli-Xocavənd-Şuşa-Kəlbəcər-Laçın-Zəngilan-Cəbrayıl-Ağdam marşrutu üzrə hərəkət edəcəklər.

Bu səfər bir daha azad edilmiş ərazilərdəki dağıntılara, burada aparılan quruculuq-bərpa, minatəmizləmə işlərinə beynəlxalq səyahətçilərin marağının xeyli artdığını nümayiş etdirir. Belə ki, dünyanın əsas beynəlxalq səyahətçilər şəbəkələrinin - ETIC, MTP, TCC, “NomadMania” və əksəriyyəti bu klubların üzvləri olan türklərin birləşdiyi Türkiyə Gəzginlər Klubunun geniş tərkibdə heyətlərinin ötən 2 ildə 5 dəfə Qarabağ və Şərqi Zəngəzura səfərləri gerçəkləşib. Onlardan biri 2021-ci ildə, dördü 2022-ci ildə olub.

Bu isə prosesin davamı olmaqla, beynəlxalq səyahətçilərin qrup şəklində azad edilmiş ərazilərə sayca altıncı səfəridir. Qrupda hərb tarixi ilə yaxından maraqlanan səyyahlar, o cümlədən səyahətlər üzrə kitabları ilə tanınan müəlliflər yer alır.

Bu səfərlər azad edilmiş ərazilərin “dark tourism” çərçivəsində tanıdılmasında müstəsna rol oynayır. Beynəlxalq səyahətçilər 30 ilə yaxın müddətdə Ermənistan tərəfindən talan edilən, 2020-ci ildə ağır döyüşlərin getdiyi, indi isə bərpa və quruculuq dövrünü yaşayan işğaldan azad edilmiş əraziləri gəzməklə reallıqlarla, o cümlədən dünyanın biznes və turizm elitasının diqqətini cəlb edən Zəngəzur dəhlizi ilə bağlı görülən işlərlə yerində tanış olmaq imkanı qazanırlar.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri