Fev
2023
12:22
63
13
3056
Virtual karabakh

Sabahın hava proqnozu AÇIQLANDI

4 Fev, 2023
12:22
3056

Sabahın hava proqnozu AÇIQLANDI

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda fevralın 5-də gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var. Gecə və səhər duman olacaq. Cənub-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 3-5 dərəcə isti, gündüz 7-9 dərəcə isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunu olacaq. Nisbi rütubət 65-75% olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi dağlıq ərazilərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Arabir duman olacaq. Qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 6-10 dərəcə isti, dağlarda gecə 12-17 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta olacaq.

Gecə və səhər dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri