Fev
2023
16:10
18
232
3356
Virtual karabakh

Azərbaycanda yük maşınları toqquşdu - Rəsmi AÇIQLAMA - YENİLƏNİB + VİDEO

4 Fev, 2023
16:10
3356

Azərbaycanda yük maşınları toqquşdu - Rəsmi AÇIQLAMA - YENİLƏNİB + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Baş Dövlət Yol Polisi İdarəsi çoxtonnajlı yük maşınlarının toqquşması nəticəsində qeydə alınan ağır yol-nəqliyyat hadisəsi barədə məlumat verib.

İdarənin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Rövşən Tağıyev Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, hadisə bu gün səhər saatlarında Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yolunun Siyəzən rayonu Zarat kəndi ərazisindən keçən hissəsində baş verib:

“Qeyd edilən magistral yolun 84-cü km-də “Mercedes-Benz” markalı 99-UT-794 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə “KamAZ” markalı 77-JD-854 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi toqquşub. Hadisə nəticəsində “KamAZ” markalı nəqliyyat vasitəsinin sürücüsü Əhmədov Etibar yüngül bədən xəsarətləri alıb. Faktla bağlı araşdırma aparılır”.

15:04

Azərbaycanda daha bir dəhşətli yol-nəqliyyat hadisəsi baş verib. 

Bu barədə Baku.ws-in qaynar xəttinə görüntülər daxil olub. 

Videoda çoxtonnajlı yük maşınlarının toqquşduğu əks olunub. Hadisə magistral yollardan birində baş verib. Qəza yerinə polis əməkdaşları cəlb olunublar.

Ölən və xəsarət alanlar barədə heç bir məlumat verilməyib. 

Görüntülər ətrafdan keçən sakinlər tərəfindən lentə alınıb:

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri