Fev
2023
21:34
25
370
4703
Virtual karabakh

DİN: Tovuz sakinin Kürdə batması ilə bağlı araşdırma aparılır - YENİLƏNİB + FOTO

4 Fev, 2023
21:34
4703

DİN: Tovuz sakinin Kürdə batması ilə bağlı araşdırma aparılır - YENİLƏNİB + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2022-ci ilin dekabr ayında hüquq-mühafizə orqanlarına Tovuz Rayon Polis Şöbəsinə rayonun Qədirli kənd sakini Eldəniz Məmmədovun Kür çayında batması barədə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib ki, Rayonun Polis Şöbəsinin və Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumların iştirakı ilə həmin şəxsin tapılması istiqamətində axtarış tədbirləri həyata keçirilib.

Nəticədə vətəndaşın meyiti bu gün tapılaraq ekspertizaya təqdim edilib. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

16:20

Tovuz rayonu ərazisində Kür çayından meyit tapılıb.

APA xəbər verir ki, hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar.

Kürdən kişi meyitinin tapıldığı bildirilib.

Məlumata görə, meyiti tapılan şəxs ötən il Tovuzda balıq tutmağa gedən zaman itkin düşən Eldəniz Məmmədovdur.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri