4 
Fev
2023
16:28
19
181
2851
yuxarı
Şadlıq sarayında bıçaqlanan tamada: “Mən onlardan pul almamışam”
4 Fev, 2023
16:28
2851
19
181
Şadlıq sarayında bıçaqlanan tamada: “Mən onlardan pul almamışam”
“Mən davanı sakitləşdirmək üçün yaxınlaşdım. Mənə 2 yox, 3-4 bıçaq zərbəsi vurulub”.
Bu sözləri “Qafqazinfo”ya ötən ilin yayında şadlıq evlərinin birində bıçaqlanan tamada Natiq Dağlaroğlu deyib.
N.Dağlaroğlu onu bıçaqlayan Məmməd Hüseynovun məhkəmədə haqqında verdiyi ifadə ilə bağlı da danışıb. O bildirib ki, qarşı tərəfdən pul almayıb.
“Barışıq olandan sonra gedib Ağır Cinayətlər Məhkəməsində ifadə vermişəm. Prokuror, hakim qarşısında çıxış etmişəm. Mən onlardan heç bir pul almamışam”.
Xatırladaq ki, 9 min manat iddiası məhkəmə prosesində verilən ifadələr zamanı səsləndirilmişdi.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 31 yanvar tarixli hökmü ilə N.Dağlaroğlunu bıçaqlayan Məmməd Hüseynova 3 il müddətinə həbs cəzası verilib.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək