Fev
2023
13:10
126
19
4481
Virtual karabakh

Həftənin ilk günü hava necə olacaq? - PROQNOZ

5 Fev, 2023
13:10
4481

Həftənin ilk günü hava necə olacaq? - PROQNOZ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sabaha gözlənilən hava proqnozu açıqlanıb.

Bu barədə Ekologiya Və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şimal küləyi əsəcək. Havanın temperaturu gecə 2-5, gündüz 7-10° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunundan 760 mm civə sütununa enəcək. Nisbi rütubət 65-75% olacaq.

Fevralın 6-da Azərbaycanın rayonlarında əksər rayonlarda hava əsasən yağmursuz olacaq. Lakin bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Arabir duman olacaq, mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 7-10° isti, dağlarda gecə 12-17° şaxta, gündüz 0-5° şaxta olacaq. Gecə və səhər dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri