Fev
2023
18:49
29
498
6592
Virtual karabakh

Cəlilabadda ata uşaqlarının gözü qarşısında arvadını qətlə yetirib, sirkə içdi - YENİLƏNİB + VİDEO

6 Fev, 2023
18:49
6592

Cəlilabadda ata uşaqlarının gözü qarşısında arvadını qətlə yetirib, sirkə içdi - YENİLƏNİB + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Cəlilabadın Muğan kəndində dəhşətli ailə faciəsi baş verib.

Kənd sakini 35 yaşlı Elxan Əmənov həyat yoldaşı  31 yaşlı Aysel Abbasovanın başını kəsərək, onu xüsusi amansızlıqla qətlə yetirib.

Elxan Əmanov hadisədən sonra sirkə turşusu içərək evin damına qalxıb. Qonşuların müraciətindən sonra hadisə yerinə gələn polislər şübhəlini xəstəxanaya aparıblar. Hadisə ailədə olan azyaşlı övladların gözü önündə baş verib.

Mərhumun atası Qurban Abbasovun sözlərinə görə, E.Əmənov övladlarının yanında başqa qadınla cinsi əlaqədə olub.

“Uşaqları çarpayının altına salıb, o işlə məşğul olurdu. Bunun üstündə davaları düşüb. Elxan da deyib ki, onu da alacam, səni də saxlayacam”, - deyə o qeyd edib.

Meyit müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Cəlilabad rayon şöbəsinə təhvil verilib. Qətli törətdikdən sonra intihara cəhd edən Elxan Əmənovun vəziyyəti ağır olduğu üçün o, Bakıya aparılıb.

Hadisə ilə bağlı Cəlilabad rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Araşdırmalar davam etdirilir.

Daha ətraflı Baku TV-nin süjetində:

09:16

Fevralın 6-da saat 7 radələrində Cəlilabad rayonu Muğan kəndində 1992-ci il təvəllüdlü Günel Abbasovanın bıçaqla qətlə yetirilməsi barədə polisə məlumat daxil olub. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən qadının həyat yoldaşı 1987-ci il təvəllüdlü Elxan Əmanov hadisədən sonra sirkə turşusu içib. O, xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır. 

Araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri