Fev
2023
10:33
180
18
1037
Virtual karabakh

Beynəlxalq səyahətçilər qrupu Ağdama gedib - YENİLƏNİB + FOTO

6 Fev, 2023
10:33
1037

Beynəlxalq səyahətçilər qrupu Ağdama gedib - YENİLƏNİB + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Böyük Britaniyada formalaşan və tərkibinə 11 ölkədən səyahətçilərin daxil olduğu beynəlxalq qrup Cəbrayıl rayonu ərazisində yerləşən Xudafərin körpüsünü ziyarət etdikdən sonra Ağdam rayonuna yola düşüb.

“Report” xəbər verir ki, səfər səyahətçilərin Qarabağ və Şərqi Zəngəzura üçgünlük səfəri çərçivəsində baş tutub.

Səfər çərçivəsində Ağdam Cümə məscidini ziyarət etmək, rayonun və şəhərin işğal illərində məruz qaldığı dağıntılar və burada aparılan tikinti-bərpa işləri ilə tanış olmaq nəzərdə tutulub.

Xatırladaq ki, Qarabağ və Şərqi Zəngəzurda səfərdə olan 30 nəfərlik qrupa ABŞ, Böyük Britaniya, İrlandiya, Belçika, Almaniya, Fransa, Danimarka, Niderland, İtaliya, İspaniya və Braziliyadan olan nümayəndələr daxildirlər. Səyahətçilər fevralın 4-6-da Füzuli-Xocavənd-Şuşa-Kəlbəcər-Laçın-Zəngilan-Cəbrayıl-Ağdam marşrutu üzrə Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfər edirlər.

09:35

Böyük Britaniyada formalaşan və tərkibinə 11 ölkədən səyahətçilərin daxil olduğu beynəlxalq qrup Cəbrayıl rayonunun ərazisində yerləşən Xudafərin körpüsündə olub.

“Report”un əməkdaşı xəbər verir ki, səfər səyahətçilərin Qarabağ və Şərqi Zəngəzura üçgünlük səfəri çərçivəsində baş tutub.

Qonaqlara Xudafərin körpüsünün tarixi haqqında məlumat verilib.

Xatırladaq ki, Qarabağ və Şərqi Zəngəzurda səfərdə olan 30 nəfərlik qrupa ABŞ, Böyük Britaniya, İrlandiya, Belçika, Almaniya, Fransa, Danimarka, Niderland, İtaliya, İspaniya və Braziliyadan olan nümayəndələr daxildir. Səyahətçilər fevralın 4-6-da Füzuli-Xocavənd-Şuşa-Kəlbəcər-Laçın-Zəngilan-Cəbrayıl-Ağdam marşrutu üzrə Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfər edirlər.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri