Fev
2023
15:38
138
17
820
Virtual karabakh

Londonlu səyyah: “Azərbaycan işğaldan çox zərər çəkib”

6 Fev, 2023
15:38
820

Londonlu səyyah: “Azərbaycan işğaldan çox zərər çəkib”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Qarabağa, o cümlədən Ağdama səfərimiz çox gözəl təşkil olunub. Buradakı dağıntılar və aparılan yenidənqurma işləri barədə ətraflı məlumatlar topladıq. Ümumiyyətlə, azad olunmuş ərazilərdə yenidənqurma və bərpa işlərinin nəticələrini müşahidə etmək çox ümidvericidir”.

Bunu AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində beynəlxalq səyahətçilər qrupunun tərkibində Ağdama səfər edən londonlu səyyah Saşa Hini bildirib.

“Mən müharibədən və silahlı münaqişələrdən zərər çəkən ölkələrin bir neçəsində olmuşam, o cümlədən İraq, Suriya və s. Təəssüf ki, Azərbaycan da həmin ölkələr kimi müharibədən, işğaldan çox zərər çəkib. Ancaq ölkənizin işğaldan azad edilmiş ərazilərində aparılan bərpa işlərinin sürətli gedişatı bizi sevindirir”, - deyə o vurğulayıb.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri