Fev
2023
15:16
141
14
625
Virtual karabakh

Amerikalı səyahətçi: “Xudafərin körpüsü ən çox təəssürat doğuran tikililərdən biridir”

6 Fev, 2023
15:16
625

Amerikalı səyahətçi: “Xudafərin körpüsü ən çox təəssürat doğuran tikililərdən biridir”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Cəbrayıl rayonu ərazisində yerləşən və qədim tarixə malik Xudafərin körpüsü dünyanın ən çox təəssürat doğuran tikililərindən biridir”.

Bunu “Report”a açıqlamasında 11 ölkədən olan səyahətçilərdən ibarət beynəlxalq qrupun tərkibində Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfər edən ABŞ-dən olan səyahətçi Kristian Fleyşer deyib.

O, Qarabağa ilk dəfə səfər etdiyini bildirib.

“Azərbaycana daha əvvəl bir dəfə səfər etmişəm və ilk səfərim çox yaddaqalan olub. Buna görə də yenidən ölkənizə, o cümlədən işğaldan azad edilmiş ərazilərə səfər etmək qərarına gəldim”, - Kristian Fleyşer deyib.

Səyahətçi ABŞ-də belə qədim tarixə malik abidələrin olmadığını, bu səbəbdən buraya səfər etməyin və Xudafərin körpüsünü seyr etməyin onun üçün çox maraqlı olduğunu diqqətə çatdırıb.

“Araz çayının digər tayını, İran ərazisini müşahidə etmək də mənə maraqlı idi”, - o vurğulayıb.

“Dünyada çox körpülər və çaylar görmüşəm, lakin Xudafərin körpüsü bu baxımdan ən yaddaqalanlar sırasındadır”, - səyahətçi əlavə edib.

Kristian Fleyşer bu ərazilərə yenidən səfər edəcəyinə ümidvar olduğunu bildirib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri