Fev
2023
23:10
68
308
4485
Virtual karabakh

Qəbələdə zəncirvari QƏZA: Polis xəsarət alıb, ölən var - YENİLƏNİB

6 Fev, 2023
23:10
4485

Qəbələdə zəncirvari QƏZA: Polis xəsarət alıb, ölən var - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün günorta saatlarında Qəbələdə baş verən zəncirvari qəzada bir nəfər ölüb.

“Report”un məlumatına görə, Mənsur Məmmədovun idarə etdiyi VAZ-2107, Rəhim Məmmədovun idarə etdiyi VAZ-2106 və Ələsgər Mikayılovun sükanı arxasında olduğu VAZ-2107 markalı avtomobillərin toqquşması nəticəsində ağır xəsarət alan R.Məmmədov aldığı ağır xəsarətlərdən Qəbələ Rayon Mərkəzi Xəstəxanasında dünyasını dəyişib.

Hadisə nəticəsində sürücülərdən Mənsur Məmmədov da xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Məlumata görə, M.Məmmədov polis nəfəridir. Hadisə xidmətdən kənar vaxtı qeydə alınıb.

Fakt bağlı araşdırma aparılır.

15:36

Qəbələ rayonunda zəncirvari qəza baş verib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, bu gün saat 10:30 radələrində Qəbələ şəhəri ərazisində Mənsur Məmmədovun idarə etdiyi VAZ-2107, Rəhim Məmmədovun idarə etdiyi VAZ-2106 və Ələsgər Mikayılovun idarə etdiyi VAZ-2107 markalı avtomobillər toqquşub.

Nəticədə iki nəqliyyat vasitəsinin müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücüləri - M.Məmmədov və R.Məmmədov - rayon mərkəzi xəstəxanasına yerləşdiriliblər.

Mənsur Məmmədov polis nəfəridir və hadisə xidmətdən kənar vaxt qeydə alınıb.

Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri