Fev
2023
13:52
163
15
2279
Virtual karabakh

Donuz alverçisinə hökm oxundu

8 Fev, 2023
13:52
2279

Donuz alverçisinə hökm oxundu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gəncə Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Samir Nəzərovun (ad və soyad şərti) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Faiq Mahmudovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 6 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, Samir Nəzərov zərərçəkmişlərin etibarlı münasibətindən sui-istifadə edərək 2019-cu ilin sentyabr ayından 2022-ci ilin fevral ayınadək olan müddət ərzində Göygöl rayonu ərazisində 3 nəfəri aldadaraq donuz və mal-qara alveri ilə məşğul olmaq adı ilə onlara qarşı dələduzluq edib.

O, həmin şəxslərin ümumilikdə 95 600 manat pulunu dələduzluq yolu ilə ələ keçirib.

Daha sonra zərərçəkmişlərin şikayəti əsasında Samir Nəzərov saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri