Fev
2023
19:09
15
369
2555
Virtual karabakh

Ermənilər Xocalıya gələnə qədər hansı faciələri törədib? - VİDEO

8 Fev, 2023
19:09
2555

Ermənilər Xocalıya gələnə qədər hansı faciələri törədib? - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xocalı soyqırımı Ermənistanın dinc azərbaycanlılara qarşı törətdiyi cinayətlərin ən dəhşətlisidir. 

Bundan əvvəl isə ermənilər Başlıbel, Malıbəyli, Ballıqaya, Quşçular, Qaradağlı kəndlərində uşaq-qoca demədən insanları qabaqcadan hazırlanmış plan əsasında vəhşicəsinə qətlə yetiriblər. 

Eləcə də Xocalı faciəsindən təqribən ay yarım sonra Kəlbəcər rayonunun Ağdaban kəndinin işğalı zamanı əhalinin bir hissəsi xüsusi amansızlığın qurbanı olub. Bir sözlə, Xocalı ayrıca deyil, ümumilikdə sistemli şəkildə hazırlanan və həyata keçirilən kütləvi qırğının yalnız bir hissəsi olub.

Xocalıda dinc əhalinin vəhşicəsinə qırğını insanlığa qarşı ən ağır cinayətlərdən biri hesab edilir.

Ermənilər xüsusi amansızlıqla müxtəlif ərazilərimizdə vətəndaşlarımıza divan tutub, şəhər və kəndləri yandırıb, uşaqları, qadınları, qocaları misilsiz qəddarlıqla öldürüblər.

Ətraflı Baku TV-nin videosunu təqdim edirik:

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri