Fev
2023
14:32
79
106
1543
Virtual karabakh

Azərbaycanda hərbi xidmət əleyhinə cinayətlər 51,1 faiz azalıb - FOTO

9 Fev, 2023
14:32
1543

Azərbaycanda hərbi xidmət əleyhinə cinayətlər 51,1 faiz azalıb - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ötən ay Azərbaycanda hərbi xidmət əleyhinə cinayətlər 51,1 faiz azalıb.

“Report”un xəbərinə görə, bu barədə Respublika Hərbi Prokurorunun böyük köməkçisi, Hərbi Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri Firad Əliyev bildirilib.

Məlumata görə, hesabat dövründə Hərbi Prokurorluqda qeydə alınmış cinayətlərin 100 faizinin üstü açılıb.

Bildirilib ki, görülmüş işlərin, eləcə də Hərbi Prokurorluq orqanları ilə Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar və digər hərbi qurumlar arasında yaranmış qarşılıqlı sağlam və işgüzar əlaqələrin, həmçinin birgə görülmüş tədbirlər nəticəsində ötən ilin yanvar ayı ilə müqayisədə 2023-cü ilin müvafiq dövründə qeydə alınmış cinayətlər ümumilikdə 22,2 faiz, o cümlədən hərbi xidmət əleyhinə olan cinayətlər 51,1 faiz, tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma cinayətləri 33,3 faiz və ölümlə nəticələnən özünü öldürmə həddinə çatdırma cinayətləri 33,3 faiz azalıb.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri