Fev
2023
14:12
38
94
1188
Virtual karabakh

Mətin Eynullayev: “2022-ci ildə daşınmaz əmlakın qeydiyyatı üzrə ən yüksək göstərici qeydə alınıb”

9 Fev, 2023
14:12
1188

Mətin Eynullayev: “2022-ci ildə daşınmaz əmlakın qeydiyyatı üzrə ən yüksək göstərici qeydə alınıb”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ötən illərlə müqayisədə 2022-ci ildə ölkə üzrə daşınmaz əmlakın qeydiyyatı sahəsində ən yüksək göstərici qeydə alınıb.

“Report” xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi Mətin Eynullayev Xidmətin 2022-ci il üzrə fəaliyyəti və bu il qarşıda duran vəzifələrə dair mətbuat konfransında deyib.

“Belə ki, hesabat dövründə 382 319 daşınmaz əmlak üzərində mülkiyyət hüquqları dövlət qeydiyyatına alınıb. 2021-ci illə müqayisədə 2022-ci ildə daşınmaz əmlak üzərində mülkiyyət hüququn qeydiyyatı 25,2% artıb”, - deyə M.Eynullayev qeyd edib.

Onun sözlərinə görə, 2022-ci ildə dövlət əmlakları üzrə 3 819 yeni icarə müqaviləsi bağlanılıb ki, bu da 2021-ci illə müqayisədə 2 dəfədən çoxdur.

O, qeyd edib ki, torpaq sahələrinin icarəyə verilməsi sahəsində yeni müqavilələrin sayı 2021-ci illə müqayisədə 3 dəfəyə yaxın artaraq 2 961 təşkil edib:

“Daşınmaz dövlət əmlakının (qeyri-yaşayış və torpaq sahələrinin) icarəsindən ötən ildə dövlət büdcəsinə ümumilikdə 24,8 milyon manat vəsait ödənilib. 2021-ci illə müqayisədə bu göstərici 8,6 milyon manat və ya 53% artıb”.

M.Eynullayev bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasının ərazisində baş vermiş təbii fəlakətlərin, texnogen qəzaların və hərbi əməliyyatların nəticələrinin aradan qaldırılması ilə əlaqədar dövlət vəsaiti hesabına inşa edilmiş yaşayış evlərinin və çoxmərtəbəli yaşayış binalarının mənzilləri üzərində hüquqların rəsmiləşdirilməsi, habelə onların yerləşdiyi torpaq sahələri ilə bağlı bəzi məsələlərin tənzimlənməsi” haqqında 7 aprel 2022-ci il tarixli Fərmanının icrası istiqamətində Zaqatala, Şamaxı, Tərtər rayonlarında, cari ilin yanvar ayında isə Ağdam rayonunda səyyar qeydiyyat xidməti göstərilib, vətəndaşın yaşayış evi üzərində mülkiyyət hüquqları qeydiyyata alınaraq onlara dövlət reyestrindən çıxarışlar verilir.

“35 rayon (şəhər) icra hakimiyyətləri tərəfindən 12 minə yaxın fərdi yaşayış evinin siyahısı təqdim edilib. Siyahıda adları qeyd olunan şəxslərin müraciətləri əsasında 2 minə yaxın daşınmaz əmlak üzərində mülkiyyət hüququ dövlət reyestrində qeydiyyata alınıb. Bununla yanaşı, dövlət başçısının “Torpaq münasibətlərinin tənzimlənməsi ilə bağlı bəzi məsələlər haqqında” 7 oktyabr 2021-ci il tarixli Fərmanına uyğun olaraq, mülkiyyət sənədləri ilə təmin edilməmiş pay torpaqlarının dövlət vəsaiti hesabına sənədləşdirilməsi 2022-ci il ərzində də davam edib. Bu istiqamətdə 39 minə yaxın müraciət daxil olub, onlardan 32 mindən çoxu icra edilib”, - Dövlət Xidmətinin rəisi qeyd edib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri