Fev
2023
16:24
342
12
2417
Virtual karabakh

Kahramanmaraşda zərərçəkmişlərə humanitar yardımlar paylanılır - FOTO

9 Fev, 2023
16:24
2417

Kahramanmaraşda zərərçəkmişlərə humanitar yardımlar paylanılır - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyənin Kahramanmaraş şəhərində baş vermiş zəlzələ ilə bağlı zərərçəkmişlərə humanitar yardımlar paylanılır.

“Report”un Türkiyəyə ezam olunmuş əməkdaşının xəbərinə görə, hazırda yardımlar şəhərin Milli İradə Meydanında vətəndaşlara verilir.

TIR-lar vasitəsilə Meydana gətirilən isti geyimlər, yataq dəstləri, ayaqqabılar, corablar, uşaq paltarları və s. əşyalar zərərçəkmişlərə paylanılmaqda davam edir.

Eyni zamanda Milli İradə Meydanına səyyar mətbəxlər gətirilib. Burada insanlara isti yeməklər, isti içkilər verilir.

Qeyd edək ki, fevralın 6-da Türkiyədə baş vermiş və çoxsaylı insan itkisinə səbəb olmuş zəlzələ qurbanlarına dəstək məqsədilə qardaş ölkəyə Azərbaycandan xilasedicilər və həkimlərlə yanaşı humanitar yardımlar da göndərilib, o cümlədən Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın göstərişinə əsasən, Fond tərəfindən qardaş ölkəyə humanitar yardım göndərilib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri