Fev
2023
15:24
40
190
2431
Virtual karabakh

Ələtdə vaqonların təkərləri oğurlanıb - FOTO/VİDEO

9 Fev, 2023
15:24
2431

Ələtdə vaqonların təkərləri oğurlanıb - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ələt dəmiryolu stansiyasında vaqonların metal hissələri və təkərləri oğurlanıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Belə ki, Dəmiryolu Nəqliyyatında Polis İdarəsi və Biləcəri Xətt Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində Qaradağ rayonu Ələt qəsəbəsində yerləşən stansiyada park edilmiş vaqonların metal hissələrini və təkərlərini oğurlayan şəxslər saxlanılıblar.

Əməliyyat zamanı Miraslan Səmədov və Qadir Zəkarayev saxlanılaraq istintaqa təqdim ediliblər. Onların idarə etdikləri yük avtomobilinə baxış zamanı vaqonlardan oğurladıqları metal parçalar, həmçinin hadisə zamanı istifadə etdikləri avadanlıqlar aşkar edilib. Saxlanılan şəxslər ifadələrində bundan əvvəl də iki dəfə Ələt dəmiryolu stansiyasında vaqonların metal hissələrini kəsərək oğurladıqlarını bildiriblər.

Faktla bağlı Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin Biləcəri Xətt Polis Şöbəsində araşdırmalar davam etdirilir. 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri