Fev
2023
16:58
24
556
3080
Virtual karabakh

Yevlaxda məscid tikdirən türkiyəli deputat vəfat etdi - FOTO

9 Fev, 2023
16:58
3080

Yevlaxda məscid tikdirən türkiyəli deputat vəfat etdi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yevlaxda məscid tikdirən türkiyəli deputat, memar və sahibkar Adnan Türkoğlu vəfat edib.

Oxu.Az-ın məlumatına görə, bu barədə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı özünün “Twitter” hesabında xəbər verib.

“19-cu çağırışda Çorumdan millət vəkili olan Adnan Türkoğlunun vəfatını kədərlə öyrəndim. O, siyasətdə örnək olan, ürəyi yurdla, türk dünyası ilə döyünən bir insan idi. Xidmət üçün təyin olunanda (o, mənə) 1993-cü ildə Azərbaycanın Yevlax rayonunda bir məscid inşa etdirdiklərini demiş, baş çəkməyimi tövsiyə etmişdi. Allah rəhmət eləsin”, - deyə diplomat bildirib.

Qeyd edək ki, bir müddət əvvəl Özəl Elitpark Xəstəxanasında müalicə alan Türkoğlu bu gün səhər saatlarında infarkt keçirərək dünyasını dəyişib.

 

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri