Fev
2023
17:02
429
10
2092
Virtual karabakh

Azərbaycanın hərbi həkimləri Kahramanmaraşda 10 nəfəri əməliyyat ediblər - FOTO

9 Fev, 2023
17:02
2092

Azərbaycanın hərbi həkimləri Kahramanmaraşda 10 nəfəri əməliyyat ediblər - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın hərbi həkimləri Kahramanmaraşda 10 nəfəri əməliyyat ediblər.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən Türkiyəyə ezam olunmuş Azərbaycan Ordusunun hərbi tibb personalı Kahramanmaraşda fəaliyyətini davam etdirir.

Türkiyə Səhiyyə Nazirliyinin və Türkiyə Silahlı Qüvvələrinin nümayəndələri ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərən hərbi həkimlərimiz qardaş ölkədə ümumilikdə 10 cərrahi əməliyyat icra ediblər.

Bundan başqa, tibb personalımız baş vermiş zəlzələdən zərər çəkən 98 nəfəri müayinə edərək onlara ambulator yardım göstərib.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri