Fev
2023
17:40
144
13
2318
Virtual karabakh

ADY hava şəraiti ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçib

9 Fev, 2023
17:40
2318

ADY hava şəraiti ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hazırda müşahidə olunan qeyri-sabit hava şəraiti ilə əlaqədar “Azərbaycan Dəmir Yolları” QSC (ADY) hərəkətin təhlükəsizliyini təmin etmək məqsədi ilə gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.

Oxu.Az xəbər verir ki, bu barədə məlumatı ADY yayıb.

Bildirilir ki, qatarların sürət həddi küləkli hava şəraitinə uyğun olaraq tənzimlənir: “Sərnişinlərimizdən də öz növbəsində platformalarda hərəkət zamanı ehtiyatlı olmaları və dəmiryolu xətlərini keçən zaman müvafiq keçidlərdən istifadə etmələri xahiş olunur”.

Xatırladaq ki, Milli Hidrometeorologiya Xidməti məlumat yayıb ki, Bakıda və Abşeron yarımadasında fevralın 9-da bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Havanın temperaturu gecə 0-2 dərəcə şaxta, gündüz 1 dərəcəyədək isti olacaq. Atmosfer təzyiqi 771 mm civə sütunundan 777 mm civə sütununa yüksələcək. Nisbi rütubət 75-85% olacaq.

Azərbaycanın rayonlarında bu gün havanın bəzi yerlərdə arabir yağıntılı olacağı, fasilələrlə sulu qar, qar yağacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda intensiv olacağı ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 0-4 dərəcə isti, gündüz 4-7 dərəcə isti, dağlarda gecə 10-15 dərəcə şaxta, gündüz 3-8 dərəcə şaxta olacaq. Yollar buz bağlayacaq.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri