23 
Fev
2023
13:24
30
74
4193
Virtual karabakh

Azərbaycana ən çox turist hansı ölkələrdən gəlir? - STATİSTİKA

23 Fev, 2023
13:24
4193

Azərbaycana ən çox turist hansı ölkələrdən gəlir? - STATİSTİKA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2023-cü ilin yanvar ayı ərzində Azərbaycana ümumilikdə 119 094 nəfər turist gəlib.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq, Dövlət Turizm Agentliyindən məlumat verilib.

Qeyd edilib ki, bu göstərici 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 61 faiz çoxdur. Belə ki, ötən il yanvar ayında ölkəmizə 74 057 nəfər turist səfər etmişdi.

Agentliyin məlumatına görə, yanvar ayı ərzində ən çox turist Rusiya, Türkiyə və İrandan daxil olub. Rusiyadan 40 189 nəfər, Türkiyədən 25 109 nəfər, İrandan isə 11 084 nəfər turist Azərbaycana səyahət edib.

Aysel Aslan

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri