Mar
2023
16:09
243
152
1896
Virtual karabakh

AZAL qadınları 8 Mart münasibətilə təbrik edib - FOTO

8 Mar, 2023
16:09
1896

AZAL qadınları 8 Mart münasibətilə təbrik edib - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) xanım sərnişinləri üçün xüsusi bayram ab-havası hazırlayıb. Bu gün Azərbaycan aviaşirkətlərinin reyslərində səyahət edən gözəl qadınların hər biri təyyarə göyərtəsində çiçəklə, eləcə də pilotların səmimi arzuları ilə təbrik edilib.

Lakin bayram əhvali-ruhiyyəsi yalnız göydə yaradılmayıb. Heydər Əliyev Beynəlxalq Aeroportunda güllərlə bəzədilmiş qeydiyyat masaları da sərnişinlərə xüsusi bayram ab-havası bəxş edib.

AZAL bütün xanımları Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edir, onlara cansağlığı, xoşbəxtlik və “Azərbaycan Hava Yolları” ilə xoş səyahətlər arzulayır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri