Apr
2015
12:12
5
9
1823
Virtual karabakh

Ünvanlı sosial yardım alanların sayı azalıb

9 Apr, 2015
12:12
1823

Ünvanlı sosial yardım alanların sayı azalıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Nazirlik məlumat yaydı.

2015-ci ilin mart ayında Azərbaycanda 111 391 ailə (485 927 nəfər ailə üzvü) ünvanlı dövlət sosial yardımı alıb ki, bu da 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 32 437 ailə (141 348 nəfər ailə üzvü) və ya 22,5% azdır.

Bu barədə Oxu.Az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Nazirliyin məlumatına görə, bu azalma digər tərəfdən ünvanlı sosial yardımların bir ailəyə düşən orta aylıq artması ilə müşayiət edilib. Belə ki, cari ilin mart ayında ünvanlı dövlət sosial yardımının bir ailəyə düşən orta aylıq məbləği 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 16,97 manat (13,5%) artaraq 143,13 manata çatıb. Ünvanlı sosial yardım alan ailələrdə yaşı 18-dək ailə üzvlərinin sayı 230 716 nəfər, onlardan 1 yaşadək ailə üzvlərinin sayı 6 334 nəfər, sağlamlıq imkanları məhdud 18 yaşadək ailə üzvlərinin sayı isə 5 447 nəfərdir. Bu yardımın təyin olunduğu ailələrin 31 997-si tərkibində 3 və daha çox uşağı olanlardır.

Nazirlik qeyd edir ki, bu sistemin tam elektronlaşdırılması üzərində işlər gedir:

“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ünvanlı dövlət sosial yardımı sisteminin tam avtomatlaşdırılması üçün elektron əsaslar üzərində texniki infrastrukturun hazırlanması işləri aparılır. Azərbaycana məxsus bu yeni sistemin tətbiqi vətəndaşlara fərdi kommunikasiya vasitələri və ya poçt şöbələrində xüsusi olaraq quraşdırılacaq infoköşklərdən ünvanlı sosial yardım üçün elektron formada müraciət etmək imkanı yaradacaq”.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri