17 
Mar
2023
11:17
12
96
1265
Virtual karabakh

DİM sədri: “Orta ixtisas təhsili müəssisələrinə sənəd verənlərin sayında artım var” - VİDEO

17 Mar, 2023
11:17
1265

DİM sədri: “Orta ixtisas təhsili müəssisələrinə sənəd verənlərin sayında artım var” - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Ali və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə sənəd verənlərin sayında artım var”.

Oxu.Az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ali təhsil müəssisələrinə sənəd qəbulunun başa çatması və buraxılış imtahanlarına həsr olunmuş mətbuat konfransında deyib.

O bildirib ki, bu il 107 188 abituriyent ali və ya orta ixtisas təhsili müəssisəsinə qəbul olmaq üçün öz ərizəsini təsdiq edib: “Ötən il bu rəqəm 99 538 nəfər idi. 83 717 abituriyent ərizəsində həm ali, həm də tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istədiklərini qeyd edib. Bu il ərizə qəbulunda iştirak edən abituriyentlərdən 84 159 nəfər cari ilin, 23 029 nəfər isə əvvəlki illərin məzunlarıdır. 98 119 nəfər Azərbaycan bölməsi, 9 069 nəfər isə rus bölməsi üzrə sənəd verib”.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri