17 
Mar
2023
13:40
202
11
1460
Virtual karabakh

İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb

17 Mar, 2023
13:40
1460

İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Mart ayının 17-si saat 04 radələrində Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin İmişli rayonu Hacırüstəmli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində narkotik vasitələrin İrandan qaçaqmalçılıq yolu ilə Azərbaycana keçirilməsinin qarşısı alınıb.

Bu barədə DSX-nin Mətbuat Mərkəzi məlumat yayıb.

Bildirilib ki, keçirilən sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində Gəncə şəhər sakinləri - Həsənov Arzu Yusif oğlu və Osanlı Elçin Firuz oğlu şübhəli şəxs qismində saxlanılıblar.

Saxlanılan şəxslərin üzərlərinə baxış zamanı ümumi çəkisi 3 kiloqram 400 qram narkotik vasitə aşkar olunaraq götürülüb.

Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri