18 
Mar
2023
16:16
163
17
1431
Virtual karabakh

120 binanı istiliksiz qoyan problem aradan qaldırıldı

18 Mar, 2023
16:16
1431

120 binanı istiliksiz qoyan problem aradan qaldırıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ötən gün Əhmədli qəsəbəsinin bir hissəsinin istilik təchizatında qəza ilə bağlı müvəqqəti fasilə yaranıb. 

Bu barədə “Azəristiliktəchizat” ASC məlumat yayıb.

Belə ki, paytaxtın Əhmədli qəsəbəsinin bir hissəsini istiliklə ilə təchiz edən magistral istilik xəttində qəza baş verib. Qəzanın operativ olaraq aradan qaldırılması üçün lazımi işçi qüvvəsi və xüsusi texnikalar səfərbər edilib.

Onu da qeyd edək ki, sözügedən problem Əhmədli qəsəbəsində təxminən 120 binanın təbii qaz təchizatının dayanmasına səbəb olub.

Sözügedən problemin həll olub-olmadığına dair Oxu.Az-ın sorğusunu cavablandıran qurum rəsmisi Elvin Basqallı bildirib ki, magistral istilik xəttində baş verən qəza tam olaraq aradan qaldırılıb:

“Hazırda həmin ərazidə binalara istilik verilməsinə başlanılıb”.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri