25 
Mar
2023
10:21
12
82
2539
Virtual karabakh

Azərbaycanda ən çox nəyi sığorta etdirirlər? - AÇIQLAMA + STATİSTİKA

25 Mar, 2023
10:21
2539

Azərbaycanda ən çox nəyi sığorta etdirirlər? - AÇIQLAMA + STATİSTİKA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda sığorta sahəsinə marağın artdığı hiss edilir. Xüsusilə, fevralın 6-da qardaş Türkiyədə baş verən dəhşətli zəlzələdən sonra insanlar bütün sahələrdə sığortalama prosedurlarına maraq göstərirlər.

Bununla bağlı Oxu.Az-a danışan sığorta sahəsi üzrə ekspert İlkin İbrahimov da Azərbaycanda sığortaya marağın artdığını təsdiqləyib. O qeyd edib ki, sığorta sahəsində tənzimləyici olan Mərkəzi Bankın aylıq və illik statistikalarında da artım dinamikası təsdiqlənib:

“Mərkəzi Bank sığorta ilə bağlı aylıq statistikanı dərc edir. Bu rəqəmlərə əsasən, ən çox həyat sığortası ilə bağlı müraciət edilir.

Azərbaycanda həyat sığortası ilə məşğul olan cəmi beş şirkət var. Buna baxmayaraq, sığortanın bu növünə tələbat yüksəkdir. Qeyri-həyat sığortası ilə bağlı xidmət təklif edən 16 şirkət fəaliyyət göstərir. Lakin sığorta yığımlarında bu sahədə tələbatın aşağı olduğunu görürük.

Həyat sığortası etdirəndən bir müddət sonra sığorta haqları insanlara geri qayıdır. Ona görə insanlar buna maraq göstərirlər. Bu zaman işəgötürən, sığorta şirkəti və sığortaolunan arasında üçtərəfli müqavilə bağlanır. Məsələnin prosedur hissəsi uzundur. Buna görə hər işəgötürən həyat sığortası etdirməklə razılaşmır. Amma Vergi Məcəlləsində qeyd olunub ki, əməkhaqqının 50 faizədək hissəsi həyat sığortasına cəlb oluna bilər. Yəni müəyyən baryer var.

Ümumilikdə, sığorta sahəsində durum stabildir, artan templə inkişaf davam edir. 2016-cı ildən etibarən ölkəmizdə hər il sığorta yığımları dinamikdir, artır və sığorta sahəsinə maraq var.

Ölkəmizdə ən məşhur sığorta növü isə avtonəqliyyat vasitələrinin mülki məsuliyyətinin icbari sığortasıdır. Populyarlığına baxmayaraq, bu sığorta növü ilə bağlı yığımlar o qədər də çox deyil. Avtomobil sığortası ümumi sığorta yığımlarının cəmi 10 faizini təşkil edir”.

Qeyd edək ki, Mərkəzi Bankın statistikasına əsasən, 2023-cü ilin yanvar ayı ərzində 133 min 948 manat sığorta haqqı toplanılıb. Bir ay ərzində həyata keçirilən sığorta ödənişlərinin məbləği isə 35 min 168 manat təşkil edib.

Ümumilikdə, 2022-ci ilin yanvar-dekabr ayları ərzində 970 min manatdan çox sığorta haqqı toplanıb, 433 min manatdan çox sığorta ödənişi edilib.

Ötən il həyat sığortası üzrə 425 min manat sığorta haqqı toplanıb, 245 min manata yaxın sığorta ödənişi vətəndaşlara ödənilib.

Aysel Aslan

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri