18 
Mar
2023
17:26
221
43
1002
Virtual karabakh

DİN: “Bayram şənliklərinin təşkil olunduğu yerlərdə polis naryadlarının sayı artırılacaq”

18 Mar, 2023
17:26
1002

DİN: “Bayram şənliklərinin təşkil olunduğu yerlərdə polis naryadlarının sayı artırılacaq”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Novruz bayramı günlərində daxili işlər orqanlarının əməkdaşları gücləndirilmiş iş rejimindəki xidmətlərini davam etdirəcək.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Novruz bayramı şənlikləri və digər kütləvi tədbirlər zamanı ictimai asayişin, qanun və hüquq qaydasının qorunmasının, xidməti vəzifələrin icrasının yüksək səviyyədə və daha mütəşəkkil təmin edilməsi məqsədilə DİN-in bütün orqan və hissələrinin şəxsi heyəti gücləndirilmiş iş rejimindəki xidmətlərini davam etdirəcək.

“Kütləvi tədbirlərin, o cümlədən bayram şənliklərinin təşkil olunduğu, insanların sıx toplaşdığı yerlərdə polis naryadlarının sayı artırılacaq. Respublika ərazisində, o cümlədən avtomobil yollarında ictimai qaydanın, hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə qüvvə və imkanlar səfərbər ediləcək. Bayram ərəfəsi və bayram günlərində həyat təminatlı mühüm əhəmiyyətli obyektlərin mühafizəsi də ciddi nəzarətdə saxlanılacaq”, - məlumatda qeyd olunub.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri