20 
Mar
2023
17:08
20
124
2022
Virtual karabakh

Azərbaycanda altı nəfər COVID-19-a yoluxub - FOTO

20 Mar, 2023
17:08
2022

Azərbaycanda altı nəfər COVID-19-a yoluxub - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda son sutka ərzində koronavirus (COVID-19) infeksiyasına yoluxanların və peyvənd olunanların sayı açıqlanıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Bildirilib ki, son sutkada infeksiyaya altı yeni yoluxma faktı qeydə alınıb və koronavirusa yoluxmuş dörd nəfər isə sağalıb. Sutka ərzində xəstəlikdən ölən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 829 271 nəfərin xəstəliyə yoluxması faktı müəyyən edilib, onlardan 818 795 nəfər müalicə olunaraq sağalıb, hazırda 323 aktiv xəstə var. Bu günə qədər 10 153 nəfər vəfat edib.

Məlumata görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 526, bu günə qədər isə ümumilikdə 7 549 889 test icra olunub.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri