21 
Mar
2023
02:18
6
156
1560
Virtual karabakh

Lənkəranda avtomobillər toqquşdu: Xəsarət alanlar var

21 Mar, 2023
02:18
1560

Lənkəranda avtomobillər toqquşdu: Xəsarət alanlar var

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Lənkəranda avtomobillər toqquşub, dörd nəfər yaralanıb.

“Report” xəbər verir ki, hadisə rayonun Heydər Əliyev prospektində baş verib.

“Mercedes” markalı avtomobil VAZ-2107 markalı avtomobillə toqquşub. Nəticədə Boladı kənd sakinləri - 2004-cü il təvəllüdlü Əli Elçin oğlu İsmayılov, 2000-ci il təvəllüdlü Raul Vasif oğlu Axundov, 1971-ci il təvəllüdlü Asif İsa oğlu Sadiqov və 1999-cı il təvəllüdlü Ləj kənd sakini Kənan Cəmil oğlu Rəhimov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran Rayon Mərkəzi xəstəxanasına çatdırılıblar.

Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri