21 
Mar
2023
19:07
254
46
4130
Virtual karabakh

Ölkəyə yüzminlərlə manatlıq qızıl-zinət əşyaları gətirmək istədilər - FOTO

21 Mar, 2023
19:07
4130

Ölkəyə yüzminlərlə manatlıq qızıl-zinət əşyaları gətirmək istədilər - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Martın 21-də Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları qanunsuz yolla külli miqdarda qızıl-zinət əşyalarının ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısını alıblar.

Bu barədə DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb.

Belə ki, İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşı Heydər Əliyev Beynəlxalq Aeroportunun ərazisindəki gömrük zonasını “yaşıl kanal” buraxılış sistemi vasitəsilə tərk etmək istəyib. Həmin şəxs gömrük əməkdaşı tərəfindən “qırmızı kanal”a yönləndirilib, üzərinə və əşyalarına baxış keçirilib.

Rentgen qurğusunda vətəndaşa məxsus çantada qızıl-zinət əşyalarının təsviri görünüb. Yoxlama zamanı çantada gömrük orqanına yazılı və ya şifahi qaydada bəyan edilməyən, gömrük nəzarətindən gizlədilən, qablaşdırma ilə birgə ümumi çəkisi 4 kq 700 qram, təqribi dəyəri 420 000 AZN olan qızıl-zinət əşyaları aşkar olunub. 

Faktla bağlı araşdırma aparılır.

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri