21 
Mar
2023
19:46
405
54
2513
Virtual karabakh

Ağalıda keçirilən möhtəşəm Novruz konsertindən görüntülər - VİDEO

21 Mar, 2023
19:46
2513

Ağalıda keçirilən möhtəşəm Novruz konsertindən görüntülər - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Televiziyası Novruz bayramını Ağalı sakinləri ilə birgə qeyd edib.

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin İctimaiyyətlə əlaqələr və sosial media şöbəsinin məlumatına görə, Ağalı sakinləri 30 il sonra Novruzu böyük coşqu ilə qeyd edib.

Azərbaycan Televiziyası 44 Günlük Vətən müharibəsindən sonra bütün bayramları işğaldan azad edilən doğma şəhərlərimizdə keçirir. Bu mənada Zəngilanda təşkil olunan bayram konserti Şuşada, Ağdamda keçirilən şənliklərin davamı, azad şəhərlərimizdə coşqulu, səsli-küylü bayram ənənəsinin növbəti halqasıdır. Bayram günü Zəngilanda qalanan tonqal qayıdışımızın qeydi, orada yaşayıb-yaradacağımızın carçısıdır.

Ağalıdakı konsertdə AzTV-nin dəvəti ilə 50-ə yaxın incəsənət nümayəndəsi iştirak edib.

Tarixi günləri yaddaşlara köçürmək üçün Azərbaycan Televiziyası ənənəsini hər bayram davam etdirəcək.

Konsertdən hazırlanmış süjeti təqdim edirik:

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri